“Real” hakimlikdən şikayət edəcək – FIFA-ya
“Real” İspaniya futbolunda hakimliklə bağlı FİFA-ya rəsmi şikayət təqdim etməyi planlaşdırır.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi informasiya kanalı məlumat yayıb.
Şikayətdə həm keçən mövsüm, həm də cari mövsümdə baş vermiş hadisələr ətraflı şəkildə əks olunacaq.
Bu məlumat IV turun matçından sonra ortaya çıxıb. Həmin görüşdə “Real” “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib, lakin müdafiəçi Din Heysen 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Bu, “kral klubu”nun narazılığına səbəb olub.