featured-image-41063

İspaniyanın “Real” klubu heyətini yeni sol cinah müdafiəçisi ilə gücləndirmək niyyətindədir.

Msport.az xəbər verir ki, buna səbəb David Alaba və Eder Militaonun zədələnməsidir.

Alabanın diz çarpaz bağları qopub, avstriyalı oyunçunun mövsümün qalan hissəsini və AVRO-2024-ün final mərhələsini buraxmaq ehtimalı var.

Klub rəhbərliyi strategiyasını dəyişməsə, müdafiənin mərkəzini Antonio Rudiger və Naço tutacaq. Aurelien Tçuameni də vaxtaşırı bu mövqedə çıxış edəcək.

Bənzər xəbərlər