featured-image-25206

“Liverpul”in yarımmüdafiəçisi Çempionlar Liqasının 1\8 final mərhələsinin “Real”la cavab oyunu barədə fikirlərini bildirib. İngiltərə klubu öz meydanındakı ilk matçda 2:5 hesabı ilə məğlub olub.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fabinyo “Real”ın hazırda qan qoxusunu aldığını bildirib:

“Onlara imkan versək, irəli gedib qol vuracaqlar. Biz bunu birinci oyunda gördük. Bundan dərs çıxarıb daha qapalı oynamalıyıq.

Bizim itirəcəyimiz heç nə yoxdur. Hər kəs “Real”dan qələbə və növbəti mərhələyə vəsiqə gözləyir. Lakin məsuliyyətimiz var – biz “Liverpul”a görə oynayacağıq. 2019-cu ildə “Barselona”ya 0:3 uduzarkən oyunu çevirə bilmişdik. Bilirik ki, bu mümkündür”.

ANAR 

 

Bənzər xəbərlər