featured-image-30542

Mariano Dias yaxın vaxtlarda “Real”ı azad agent kimi tərk edəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

“Mariano Dias müxtəlif ölkələrdə və liqalarda gələcək karyerası ilə bağlı variantları nəzərdən keçirir. Yaxın günlərdə o, “Real”ı azad agent kimi tərk edəcək”.

Dominikanlı futbolçu Madrid klubunda 6 mövsüm ərzində ümumilikdə 60 oyun keçirib və 7 qol vurub. 29 yaşlı hücumçu “Real”da bütün mümnük titulları qazanıb.

ANAR

Bənzər xəbərlər