“Real”ı təəccübləndirən transfer xəbəri
Son vaxtlar “Real”a bir çox transfer təklifləri daxil olub. Matc.az xəbər verir ki, onlardan biri də “Mançester Siti”nin müdafiəçisi Manuel Akanjidi.
İspaniya klubu adının 29 yaşlı oyunçu ilə birgə hallanmasına təəccüblənib. Hazırda zədədən sonra bərpa olunan isveçrəli yeni çağırışlara hazırdı və ölkəni dəyişməyə maraq göstərir. Ancaq “kral klubu”nun strategiyası daha çox uzunmüddətli üstünlük təmin edə biləcək gənc istedadların və ya azad agentlərin cəlb edilməsinə əsaslandığı üçün bu transfer planlara uyğun gəlmir.
Qeyd edək ki, Manuel Akanji 2022-ci ildən “Mançester Siti”dədi. İsveçrə millisinin üzvü 2027-ci ilin yayına qədər “şəhərlilər”ə məxsusdu.