featured-image-70104

Avropanın aparıcı klublarının skautları – “Arsenal”, “Tottenhem”, “Nyukasl”, “Milan”, “Leyptsiq” və Dortmund “Borussiya”sı La Liqa oyunlarını izləyərək “Real”ın yarımmüdafiəçisi Arda Gülərin oyununu qiymətləndiriblər.

Msport.az xəbər verir ki, “kral klubu” 20 yaşlı futbolçunu satmaq niyyətində deyil.

“Real” rəhbərliyi Gülərin inkişafından razıdır və onu uzunmüddətli layihə kimi görür. Klub hesab edir ki, gələcəkdə o, komandanın əsas fiqurlarından birinə çevrilə bilər. Buna görə də oyunçuya transfer qiyməti müəyyən olunmayıb.

Qeyd edək ki, Arda Gyuler 2023-cü ilin yayında “Real”a keçib. Cari mövsümdə o, bütün turnirlərdə 14 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Türk yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarktın məlumatına əsasən, onun bazar dəyəri 45 milyon avrodur.

Bənzər xəbərlər