featured-image-40810

“Real” klubu cari mövsüm Çempionlar Liqasında 42 milyon avro qazanıb.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi qrup mərhələsindəki 6 matçda qələbə qazanaraq 1/8 finala yüksəldiyi üçün bu mükafata sahib çıxıb.

İspaniya nəhəngi, həmçinin, turnirdə iştiraka görə də əlavə ödəniş alıb.

“Real”a altı qələbəyə görə 16,8 milyon avro, 1/8 finalda iştirak üçün 9,6 milyon avro, turnirə qatılmağa görə isə 15,6 milyon avro verilib.

Bənzər xəbərlər