featured-image-23477

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Real”la Çempionlar Liqası oyunundan əvvəl Madrid klubunun futbolçularını dəyərləndirib.

Msport.az xəbər verir ki, o, Vinisius Juniora qarşı olan irqçiliyi pisləyib:

“Əgər biz fərdi olaraq Vinisiusun qarşısını almaq istəsək, Benzema bu zaman özünü göstərər. Onu da bağlaya bilsək, onların heyətində Valverde, Rodriqo və digərləri var. Hər üçünü zərərsizləşdirsək, Toni Kroos 25 metrdən topu uzaq küncə göndərib qol vuracaq. Ya da Luka Modriç parlaya bilər.

Çuameni topu ələ keçirib 30 metrdən qapını nişan alar və ya cərimə meydançasına gedib başla fərqlənmək imkanı əldə edər. “Real”ın dünya səviyyəli futbolçuları var, biz onların qarşısını kollektiv şəkildə almalıyıq. Bu cür oynamağa çalışacağıq.

Vinisiusa yönəlik irqçilik? Dünyada heç nə ilə buna haqq qazandırmaq olmaz.

Bu komandanı panikaya salmaq mümkün deyil. Bu “Real”dır. Onlara hörmət etmədən meydana çıxıb “niyə həyəcanlanmalıyıq ki” deyə bilməzsiniz.

“Real”ın bəzi futbolçuları bu turnirdə 5 dəfə qalib gəliblər. Yəqin fikirləşirlər ki, Çempionlar Liqasının yiyəsidirlər. Bəlkə də onlar haqlıdırlar. Lakin biz çalışacağıq ki, başabaş oynayaq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər