featured-image-39299

İspaniyanın “Real” klubunun futbolçuları PSJ-nin hücumçusu Kilian Mbappenin komandaya transferini səbirsizliklə gözləyirlər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, onlar bu keçidin yayda reallaşacağına ümid edirlər.

Paris təmsilçisi isə vəziyyəti dəyişmək və fransalı forvardla sözləşməni yeniləmək istəyir.

Qeyd edək ki, Kilian Mbappenin müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq. Hücumçu 2017-ci ildən hazırkı ölkə çempionunun formasını geyinir.

Bənzər xəbərlər