featured-image-23829

“Real”ın baş məşqçisi Karlo Ançelotti və futbolçular böyük ehtimalla FİFA-nın “The Best” mükafatlandırma mərasimində iştirak etməyəcəklər.

Msport.az xəbər verir ki, “Relevo” bu məlumatı yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis ilin məşqçisi adına namizədlər sırasında olsa da, o, fevralın 27-də Parisdə təşkil olunacaq tədbirə qatılmayacaq. Bundan başqa, Madrid klubunun bir neçə oyunçusu da müxtəlif nominasiyalarda namizədlər sırasındadır.

“Real”ın düşərgəsində belə hesab edirlər ki, Kərim Benzema, Luka Modriç, Tibo Kurtua və Vinisius Junior mükafatsız qalacaq.
Böyük ehtimalla, argentinalılar Lionel Messi (PSJ) və Emiliano Martines (“Aston Villa”) fərqlənənlər sırasında olacaqlar.

Tədbirlə bağlı son qərar “Atletiko” ilə bugünkü oyundan sonra qəbul ediləcək.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər