“Real”ın futbolçusu Çempionlar Liqasının finalını buraxacaq
İspaniyanın “Real” klubunun futbolçusu Orelyen Tçuameni Çempionlar Liqasının final oyununu buraxacaq.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə matçda meydana çıxmayacaq.
“Bavariya” ilə yarımfinal mərhələsinin cavab qarşılaşmasında xəsarət alan oyunçunun sol ayağında sınıq aşkarlanıb.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də olacaq.