featured-image-46163

İspaniyanın “Real” klubunun futbolçusu Dani Sebalyos karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl” 27 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Qeyd edək ki, “Real” Dani Sebalyosu 2017-ci ilin yayında “Betis”dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər