featured-image-60360

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun braziliyalı futbolçu Vinisius Junior üçün İspaniya təmsilçisi “Real”a ödəmək istədiyi məbləğ bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə “Give me Sport” nəşri məlumat yayıb.

Ərəblər cari mövsümün sonunda vingeri əsas hədəf hesab edir. Klub ulduz oyunçuya görə 350 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisində çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər