featured-image-65126

Raul Asensionun üzərindən seks-videonun yayılması ilə bağlı ittihamlar götürülüb.

Msport.az xəbər verir ki, 2023-cü ildə məlum olmuşdu ki, “Kastilya”nın futbolçusu və “Real”ın C komandasının üç oyunçusu yetkinlik yaşına çatmayan qızın iştirak etdiyi intim xarakterli videonun yayılmasında şübhəli bilinərək saxlanılıb.

Onlara 5 ilədək həbs cəzası verilə bilər. 4 futbolçuya seks-videosunun çəkilməsi və yayılması ilə bağlı ittiham irəli sürülmüşdü.

Kanar adalarının Ali Ədliyyə Məhkəməsinin mətbuat xidməti hakim tərəfindən araşdırmanın başa çatdırılması və dörd şübhəliyə qarşı rəsmi cinayət işinin başlanması ilə bağlı qərarı yayıb. Hakim ittiham aktına izah verərək bildirib ki, Raul Asensio intim xarakterli videonun yayılması ilə bağlı ittiham olunan şəxslər siyahısından çıxarılıb. Qərar “Real”ın müdafiəçisinin videoçəkilişdə iştirakına dair sübutun olmaması ilə əsaslandırılıb.

Hadisələrin ehtimal olunan gedişatına dair hesabatdan görünür ki, Asensio həmin videonun çəkilişi zamanı başqa bir qızla vaxt keçirdiyi üçün hadisə yerində olmayıb.

Bununla belə, Raul hələ də videonu saxlamaqda və onu üçüncü şəxsə göstərməklə yaymaqda şübhəli sayılır. Çünki o, videoda yetkinlik yaşına çatmayan şəxsin iştirak etdiyini bilib.

Bənzər xəbərlər