featured-image-42318

İspaniyanın “Real” klubunun futbolçusu Cud Bellingem unukal göstəriciyə imza atıb.

“Report” xəbər verir ki, 20 yaşlı oyunçu buna “Almeriya”ya 3:2 hesabı ilə qalib gəldikləri La Liqanın XXI tur matçında nail olub.

Görüşdə qol və məhsuldar ötürmə ilə yadda alan Bellingem Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 görüşdə 26 qolda iştirak edib. O, 18 qol və 8 assistlə yadda qalıb.

 

Bənzər xəbərlər