“Real”ın hədəfindəki 3 yarımmüdafiəçi
“Real” mövsümün sonunda heyətində bir sıra dəyişikliklər edəcək.
Msport.az xəbər verir ki, “kral klubu” xüsusən də yarımmüdafiə xəttini gücləndirmək fikrindədir.
Madridlilər artıq üç yarımmüdafiəçinin transfer imkanlarını araşdırır. Paytaxt təmsilçisinin qısa siyahısında Ezekiel Palasios (“Bayer”), Anjelo Ştiller (“Ştutqart”) və Ticiani Reynders (“Milan”) yer alır.
Reyndersin transferi uğrunda mübarizədə “Real”ın əsas rəqibi “Barselona”dır.