“Real”ın iki aparıcı futbolçusu “Liverpul”a qarşı oynamayacaq
“Real Madrid” Çempionlar Liqasının 1\8 final mərhələsində “Liverpul”la oyun üçün iştirak ərizəsini açıqlayıb.
Msport.az xəbər verir ki, Madrid klubunun iki aparıcı futbolçusu – Toni Kroos və Orelyen Çuameni qarşıdakı matçda komandalarına kömək edə bilməyəcəklər.
Almaniyalı yarımmüdafiəçi zədə səbəbindən “Real”ın son iki oyununda forma geyinməyib. Çuameninin adı isə İspaniya La Liqasında “Osasuna” ilə görüşün heyətinə də daxil edilməmişdi.
Qeyd edək ki, “Real” – “Liverpul” matçı sabah gecə saat 00:00-da start götürəcək.
ANAR ABDULLAYEV







