“Real”ın istədiyi “Liverpul”lu
“Real” “Liverpul”un müdafiəçisi Vircil van Deyklə maraqlanır.
Msport.az xəbər verir ki, İspaniya klubu 33 yaşll futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.
“Kral klubu” Niderland millisinin üzvünü yayda azad agent kimi heyətinə cəlb edə bilər. Çünki onun “qırmızılar”la müqaviləsi mövsümün sonuna qədərdir. Daha əvvəl “Atletiko”, “Bavariya”, “Barselona” və PSJ-nin də adı van Deyklə birgə hallanırdı.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir.