featured-image-49462

İspaniyanın “Real” klubunun futbolçusu Naço karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında davam etdirəcək.

Msport.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı yeni klubu ilə ikiillik sözləşmə bağlayacaq.

34 yaşlı müdafiəçi illik 20 milyon avro qazanacaq. Qeyd edək ki, “Real”ın yetirməsi olan Naço 2012-ci ildən komandada çıxış edir. O, bu müddət ərzində 364 oyun keçirib.

“Əl-İttihad”da “Real”ın sabiq futbolçusu Kərim Benzema da çıxış edir.

Bənzər xəbərlər