featured-image-42484

“Real”ın futbolçusu Ferlan Mendi qarşıdan gələn yay transfer pəncərəsində klubunu dəyişmək istəmir.

Msport.az “Football Espana” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin nümayəndələri onun Madrid təmsilçisində qalması üçün çalışırlar.

Fransalı oyunçu “Bavariya”dan Alfonso Deyvisin alınmasından qorxmur. O, start heyətində yer almaq üçün mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, Mendi 2019-cu ildən “kral klubu”nun formasını geyinib.

Bənzər xəbərlər