featured-image-64277

“Real Madrid”in müdafiəçisi Ferlan Mendi Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə cavab oyununda aldığı zədəsini sağalıb.

Msport.az xəbər verir ki, fransalı futbolçu İspaniya Kral Kubokunun “Barselona”ya qarşı keçiriləcək final oyununda meydana çıxa biləcək.

O, Madrid klubunun son iki məşqində iştirak edib. Heç bir diskomfort yaşamadığı üçün komandanın baş məşqçisi Karlo Ançelotti Mendini El-Klasikoda ilk dəqiqələrdən meydana buraxmağa qərar verib.

Qeyd edək ki, qarşılaşma aprelin 27-də keçiriləcək.

Bənzər xəbərlər