“Real”ın müraciəti rədd edildi
“Real Madrid” Vinisius Juniorun cəzalanması ilə bağlı Appelyasiya Komitəsinə müraciət edib. Msport.az xəbər verir ki, braziliyalı futbolçu İspaniya La Liqasının 19-cu turunda “Valensiya” ilə oyunda (2:1) cəzalanmışdı.
Vinisius “yarasalar”ın qapıçısı Stole Dmitrevskini itələdiyi üçün qırmızı vərəqə ilə cəzalanmışdı. İspaniya Futbol Federasiyasının (RFEF) Appelyasiya Komitəsi “kral klubu”nun üzvünü 2 oyunluq diskvalifikasiya etmişdi.
Madrid təmsilçisi appelyasiyaya müraciətində bildirib ki, VAR görüntüləri tam reallığı əks etdirmir. Çünki qolkiperin Vinisiusu təxribata çəkməsi efirə düşməyib.
RFEF “Real”ın müraciətini rədd edib və futbolçunun cəzasını qüvvədə saxlayıb.