featured-image-42044

Florentino Peres İspaniyanın “Real” klubunda ən çox titul qazanan prezident olub.

Msport.az xəbər verir ki, funksioner buna Madrid təmsilçisinin ölkə Superkubokunun finalında “Barselona”ya 4:1 hesabı ilə qalib gəlməsiylə nail olub.

Titullarının sayını 33-ə çatdıran Peres Santyaqo Bernabeunu (32) geridə qoyub.

Qeyd edək ki, Florentino Peres 2000-ci ildən “Real”ın prezidentidir.

Bənzər xəbərlər