“Real”ın sabiq futbolçusu Argentina klubunda
İspaniyanın “Real” komandasının keçmiş futbolçusu Fernando Qaqo Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi təyin olunub.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ildə karyerasını başa vurmuş veteran yarımmüdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Argentinalı mütəxəssis son olaraq Meksikanın “Qvadalaxara” komandasında çalışıb.
Qeyd edək ki, F.Qaqo 2005-2007, 2013-2019-cu illərdə futbolçu kimi “Boka Xuniors”un şərəfini qoruyub. O, İtaliyanın “Roma”, İspaniyanın “Valensiya”, ölkəsinin “Velez Sarsfild” klublarında da çıxış edib. Veteran oyunçu karyerası ərzində 366 oyun keçirib, 10 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.