featured-image-48647

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Karlos Kasemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu bu yay Kasemironun “Mançester Yunayted”dən transferini təmin etmək üçün əhəmiyyətli məbləğ təklif etməyə hazırdır. Onun “Əl-Nəsr”ə keçəcəyi gözlənilir.

Braziliyalı oyunçu gələcəyi ilə bağlı hələlik qərar verməyib.

Qeyd edək ki, yarımmüdafiəçi “Real”da Kriştianu Ronaldu ilə komanda yoldaşı olub. Ronaldu hazırda “Əl-Nəsr”in formasını geyinir.

Bənzər xəbərlər