“Real”ın sabiq hücumçusu Malayziya klubunda
“Real”ın sabiq hücumçusu Xese Rodriqesin yeni klubu müəyyənləşib. Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu Malayziyanın “Coxur Darul Tazim” komandası ilə müqavilə bağlayıb.
“Kral klubu”nun yetirməsi olan Xese bu komandada 94 oyun keçirib və 18 qol vurub. O, “Real”da iki dəfə Çempionlar Liqasını qazanıb.
Xese karyerası ərzində PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, “Ankaragücü”, “Sampdoriya” və “Koritiba” klublarında çıxış edib.