“Real”ın sabiq qapıçısı vəfat etdi
İspaniyanın “Real” klubunun sabiq qapıçısı Migel Anxel Qonsales Suares dünyasını dəyişib.
Msport.az xəbər verir ki, keçmiş qolkiper 76 yaşında vəfat edib.
Qeyd edək ki, o, 18 il (1968-1986) paytaxt təmsilçisinin formasını geyinib. Qapıçı komanda ilə 8 dəfə ölkə çempionu olub.