featured-image-53331

Braziliyalı futbolçu Endrik İspaniyanın “Real” klubunun tarixinə düşüb.

Msport.az xəbər verir ki, forvard buna “Valyadolid”ə qalib gəldikləri (3:0) La Liqanın II tur matçında fərqlənməklə nail olub.

86-cı dəqiqədə Kilian Mbappenin əvəzinə meydana daxil olan hücumçu 90+6-cı dəqiqədə qarşılaşmada son nöqtəni qoyaraq, paytaxt klubunun heyətində ilk qolunu vurub.

Bununla Endrik (18 yaş 35 gün) XXI əsrdə La Liqada debüt oyununda qol vuran ən gənc “Real”lı olub.

Qeyd edək ki, “Real”a yay fasiləsində “Palmeyras”dan keçib.

Bənzər xəbərlər