featured-image-48989

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç və ispaniyalı müdafiəçi Naço Fernandes “Real”ın tarixinə düşüb.

Msport.az xəbər verir ki, onlar Çempionlar Liqasının qalibi olmaqla bunu reallaşdırıblar.

Belə ki, hər iki oyunçu “kral klubu” tarixinin ən titullu futbolçularına çevriliblər. Artıq hər iki oyunçunu aktivində Madrid təmsilçisinin heyətində 26 titul var. Onlar 25 kuboka malik Kərim Benzema və Marselonun rekordunu yeniləyiblər.

Qeyd edək ki, həm Naço Fernandes, həm də Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.

Bənzər xəbərlər