featured-image-47964

“Bayer”in yarımmüdafiəçisi Florian Virts “Real”ın hədəfinə düşüb.

Msport.az xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçunu növbəti mövsümdə transfer etməyi planlaşdırır.

Virts 2023/2024 mövsümündə Almaniya Bundesliqası və Avropa Liqasındakı oyunu ilə qitə klublarının diqqət mərkəzinə düşüb. “Real” “Bayer”ə danışıqlara start verib, ilkin razılıq etmək arzusundadır. Florianın transfer qiyməti 110 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, gənc ulduzun “Bayer”lə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, 46 oyunda bu mövsümdə 18 qol və 19 ötürmə edib.

Bənzər xəbərlər