featured-image-46367

İspaniyanın “Real” klubunun futbolçusu Daniel Sebalos karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Milan” yayda yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

O, daha çox forma şansı əldə etmək üçün “kral klubu”ndan ayrılmağı planlaşdırır. “Atletiko” və “Betis” də oyunçunu transfermək etməkdə maraqlıdır.

Qeyd edək ki, Sebalos cari mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər