featured-image-45450

İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə məşhur imsayder Fabritsio Romano paylaşım edib.

O bildirib ki, “Real” ingiltərəli oyunçu ilə yaxından maraqlanır.

Aleksandr-Arnoldun “Liverpul”la müqaviləsi gələn ilin yayına qədərdir. “Real”ın artıq futbolçu ilə təmas qurduğu vurğulanıb.

Qeyd edək ki, 2016-cı ildən “Liverpul”da çıxış edən futbolçu bu mövsüm Mersisayd klubunda 29 oyuna 2 qol vurub, 10 qol ötürməsi edib.

Bənzər xəbərlər