“Real”ın yetirməsi 19 yaşında karyerasını bitirdi
İspaniyanın “Real” klubunun yetirməsi Mark Kukalon futbolla vidalaşıb.
Msport.az xəbər verir ki, 19 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, zədə səbəbindən karyerasını başa vurduğunu açıqlayıb.
na çarpaz bağın yırtığı diaqnozu qoyulub, həmçinin əməliyyat zamanı bakteriya oynağa düşərək nadir bir infeksiya yaradıb. Bakteriyanın yaratdığı fəsadlar üzündən, ispan futbolçusu zədədən tam bərpa oluna bilməyib.
Qeyd edək ki, Mark Kukalon “Real” forması ilə gənclər Liqasında dörd oyun keçirib. 2024-cü ilin iyul ayından futbolçu sərbəst agent statusundadır.