featured-image-40664

İngiltərənin “Redinq” klubunun futbolçusu Kaylan Vikers karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “The Sun ” nəşrinə istinadən xəbər verir ki, “Real” 18 yaşlı hücumçu ilə maraqlanır.

“Kral-klubu”nun qışda forvardı almağa hazır olduğu bildirilib.

Vikersin “Arsenal”ın da gündəmində olduğu vurğulanıb.

Qeyd edək ki, oyunçu cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər