featured-image-42010

“Real” İspaniya Superkubokunun qalibi olub.

Msport.az xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşmada Madrid klubu “Barselona” ilə üz-üzə gəlib.

Görüş paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

“Real”ın üç qolunu braziliyalı Vinisius Junior vurub. “Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib. Qarşılaşmanın 64-cü dəqiqəsində isə Rodriqo “Real”ın 4-cü qolunu vurub – 4:1.

Bənzər xəbərlər