featured-image-65436

Karlo Ançelotti mövsümün sonunda “Real”ı tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssisin Madrid təmsilçisinin sükanı arxasında son matçı La Liqanın 38-ci turunda “Real Sosyedad”a qarşı olacaq. Görüş mayın 24-də keçiriləcək. Ançelottinin şərəfinə “Santyaqo Bernabeu” stadionunda mərasim təşkil olunacaq.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. O, daha əvvəl 2013-2015-ci illərdə kluba başçılıq edib.

Bənzər xəbərlər