“Real” Karvahalın əvəzləyicisini İngiltərədə tapdı
İngiltərənin “Çelsi” klubunun futbolçusu Ris Ceyms karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Real” 23 yaşlı oyunçu ilə maraqlanıb.
O, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottidə böyük təəssürat yaradıb. Ceymsin artıq 31 yaşı tamam olan Dani Karvahalı əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, London klubu ilə 2028-ci ilədək müqaviləsi olan Ris Ceym cari mövsüm 3 oyunda meydanda olub.