"Real" Kroosla müqaviləni uzatdı - RƏSMİ
“Real” Toni Kroosla müqavilənin müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu daha bir il Madrid təmsilçisində çıxış edəcək.
33 yaşlı yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasında 30 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Kroos “Real”a 2014-cü ildə “Bayern”dən keçib.
“Kral klubu”nda ümumilikdə 417 oyun keçirən futbolçu 20 titul qazanıb.
ANAR







