featured-image-24769

Marko Asensio və “Real” yeni müqavilənin maliyyə öhdəlikləri barədə razılığa gələ bilmirlər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı ortaq məxrəcə gəlsələr də, futbolçunun maaşını razılaşdırmaqda çətinlik çəkirlər.

Asensio vergilər çıxıldıqdan sonra ilinə 6 milyon avro almaq istərdi, Madrid klubu isə ona 4 milyondan çox vermək fikrində deyil.
“Real” rəsmiləri vingeri saxlamaq istəsələr də, buna görə, “dəridən-qabıqdan” çıxmayacaqlar.

27 yaşlı futbolçu bu mövsüm 31 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər