"Real" Laportanın cavabını verdi - "Barsa"nın Franko rejimi ilə əlaqələrinə dair faktlar
“Real” “Barselona”nın prezidenti Joan Laportaya cavab verib. Msport.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri Madrid təmsilçisini rejimin komandası adlandırmışdı.
“Real Madird TV”də “hakim rejimin klubu kim olub” adlı rolik yerləşdirilib. Orada “Barselona” ilə bağlı bir çox faktlar əks olunub.
- “Kamp Nou”nun açılış mərasiminin təşkilatçılarından biri Frankonun (1939-1975-ci illərdə İspaniyanı idarə edən hərbi diktator) nazirlərindən biri Xose Luis Ruis olub.
- “Barselona” 1965-ci ildə Frankonu fəxri sosyo (klubun rəsmi üzvü) edib.
- “Barselona” 3 dəfə Frankonu medallarla təltif edib.
- Franko üç dəfə “Barselona”nı müflis olmaqdan qurtarıb.
- “Barselona” Franko dönəmində 8 dəfə La Liqada, 9 dəfə isə Qenralissimus kubokunda qalib gəlib.
- “Real”ın Franko rejimi zamanında La Liqada ilk titulunu qazanmaq üçün 15 il vaxt lazım olub.
- Vətəndaş Müharibəsi dövründə “Real”ın futbolçuları, direktoru və klubun üzvləri öldürülüb. Rolikdə həmçinin “Real”ın sabiq prezidenti Santyaqo Bernabeu”nun fikirləri yer alıb: “Mən eşidəndə ki, deyirlər “Real Madrid” rejimin komandası olub, onu deyənin atasına p..x qoymaq istəyrəm”
ANAR ABDULLAYEV







