"Real" "Liverpul"dan çəkinir, onlar da bizdən" - Karlo Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının (ÇL) 1\8 final mərhələsində “Liverpul”la oyundan əvvəl komandasının turniri qazanmaq şansını dəyərləndirib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bu il ÇL-də qalib gəlmək şanslarının daha yüksək olduğunu deyib:
“Mənə elə gəlir ki, son oyunlarda yaxşı təsir bağışlamışıq. Klublararası dünya çempionatından öncə iki oyunda qapımızın toxunulmazlığını qoruduq. Sonra daha 2 görüşdə buna nail olduq. Komanda səhv etməmək üçün yaxşı müdafiə olunmağa öyrəşir. Müdafiə sabah çox vacib rol oynayacaq və mən fikirləşirəm ki, bizdə hər şey alınacaq.
Rəqibin hansı futbolçusundan çəkinməyə dəyər? Məni bütün “Liverpul” narahat edir, təkcə Salah və ya van Deyk yox. “Real” “Liverpul”dan çəkinir, onlar da bizdən.
Bu il turnirdə qələbə qazanmaq şansımız ötən mövsümdəkindən çoxdur”.
ANAR ABDULLAYEV







