featured-image-26311

İspaniya “Real Madrid”i baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərarını verib.

Msport.az-ın “Marca”ya istinadən məlumatına görə, “kral klubu” italiyalı mütəxəssislə vidalaşmaq istəmir.

Braziliya millisinin sükanı arxasına əsas namizəd olan Ançelotti özü də Madrid təmsilçisini tərk etmək istəmir.

Qeyd edək ki, 64 yaşlı baş məşqçi 2021-ci ildən “Real Madrid”ə rəhbərlik edir. O, 2013 – 2015-ci illərdə də komandanın baş məşqçisi olub.

Bənzər xəbərlər