featured-image-29140

“Borussiya Dortmund”un futbolçusu Cud Bellinqem gələcək karyerasıyla bağlı qərarını verib.

Msport.az məşhur insayder Fabritsio Romanonun instaqram səhifəsinə istinadən xəbər verir ki, ingilis futbolçu “Real Madrid”ə keçmək istəyir. “Kral klubu” 19 yaşlı futbolçuyla razılıq əldə etsə də Dortmund təmsilçisiylə danışıqlar davam edir. “Real” “Borussiya”ya 120 milyon avro təklif edir, qarşı tərəf isə Bellinqemi 140 milyon avrodan aşağı qiymətə satmayacağını bildirir. Klubların yaxın müddətdə ortaq məxrəcə gələcəyi gözlənilir.

Qeyd edək ki, Cudla “Çelsi”, “Mançester Siti”, “Liverpul” və “Bayern Münhen” də maraqlanır. O, cari mövsüm ərzində 40 oyunda iştirak edib, 11 qol vurub və 7 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər