featured-image-30574

“River Pleyt”in hücumçusu Lukas Beltran “Real Madrid”in maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, “kral klubu” Beltranı Kərim Benzemanın əvəzedicisi kimi görür. “River Pleyt” futbolçusunu 25 milyon avroya satmağa hazırdı. Tərəflər yaxın günlərdə danışlara başlayacaq.

Beltran Argentina çempionatının cari mövsümündə 16 matçda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

18 yaşlı forvardla “Milan” və “Atletiko Madrid” də maraqlanır.

Bənzər xəbərlər