“Real Madrid” əsas müdafiəçisini itirdi
“Real Madrid”in futbolçusu Ferlan Mendi sıradan çıxıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşq zamanı baldırından zədə alan fransalı sol cinah müdafiəçisi 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
O, “Çelsi”yə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki oyununu buraxacaq.