featured-image-63576

“Real Madrid” mövsümün sonunda Vinisius Juniorla yollarını ayıra bilər.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun meydanda özünü apara bilməməsidir.

İstər hakimlər, istərsə də komanda yoldaşları ilə pis rəftar edən “sambaçı”nın “kral klubu”ndakı taleyi sual altına düşüb. İddiaya görə, klub daxilində söz sahibi olan şəxslər artıq forvardın mümkün gedişini müzakirə etməyə başlayıblar.

Vinisiusla bağlı bu vəziyyət isə onun xidmətində maraqlı olan ərəb klublarını ümidləndirib. Onlar fantastik təklif qarşılığında “Real Madrid”in 25 yaşlı futbolçunu sata biləcəyini düşünürlər.

Qeyd edək ki, Vinisius bu mövsüm 42 oyunda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər