“Real Madrid”in hücum xəttinə yeni namizəd
“Real Madrid” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “kral klubu” Benzemanın əvəzedicisi kimi “Ayntraxt”ın forvardı Randal Kolo Muanini nəzərdən keçirir. Frankfurt təmsilçisi “Mançester Yunayted”lə “Bayern Münhen”in də maraqlandığı futbolçu üçün 65 milyon avro tələb edəcək. 24 yaşlı futbolçunun özü də top komandaya keçmək istəyir.
Qeyd edək ki, Kolo Muaninin “Ayntraxt”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsüm keçirdiyi 37 oyunda 19 qol və 11 assistlə fərqlənməyi bacarıb.
Royal Türksoy







