“Real Madrid” “Arsenal”la cavab oyununa ciddi hazırlaşır
“Real Madrid” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununa cciddi hazırlaşır.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, xüsusilə baş məşqçi Karlo Ançelotti məşq zamanı olduqca tələbkar və aqressiv görünür.
Hətta hazırlıq prosesinin birində futbolçularına səsini ucaldıb. Onun bu addımı futbolçuları matçda daha yaxşı motivasiya etmək üçün atdığı bildirilib.
Qeyd edək ki, cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək. İlk görüş 3:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.