featured-image-44576

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fil Foden karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə “Real” maraqlanır.

Madrid təmsilçisi hazırda oyunçunu razı salmaq üçün əlindən gələni edir. Onun təxmini transfer transfer qiyməti 100 milyon funt sterlinqdir.

Qeyd edək ki, Foden 2016-cı ildən “şəhərlilər”də çıxış edir. O, komanda ilə 16 kubok qazanıb.

Bənzər xəbərlər