featured-image-24867

“Real” 2024-cü ildə Kilian Mbappeni transfer edə bilər.

Msport.az “As”a istinadən xəbər verir ki, Madrid klubunun bununla bağlı şərti var.

Fransa millisinin üzvü PSJ ilə müqavilə bağlayarkən bənd salıb ki, 2024-cü ildə komandadan ayrıla bilər.

“Real” hücumçunu azad agent kimi transfer etmək istəyir. Ancaq “kral klubu”nun rəhbərliyi şərt qoyub ki, Mbappe öncə şifahi razılıq verib Madridə gəlmədiyi üçün ictimai şəkildə üzr istəsin.

Xatırladaq ki, ötən mövsüm forvard “Real”a keçmək üzrə olsa da, Fransa prezidenti Emanuel Makronla danışıqlardan sonra PSJ-də qalmağa üstünlük vermişdi.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər